EN

Sərnişin təyyarəsi yanıb - Yaralılar var

İspaniyanın Mayorka adasında “Ryanair” loukoster aviaşirkətinə məxsus sərnişin təyyarəsinda yanğın baş verib.

Moderator.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident Palma-de-Mayorka şəhər aerportunun ərazisində baş verib. Təyyarənin göyərtəsində alov meydana gəldikdən sonra içəridə olan sərnişinlər təşviş içində qəza çıxışından təyyarəni tərk etməyə başlayıblar.

Hadisə yerinə yanğın-mühafizə və polis dəstələri səfərbər olunub. Jurnalistlərin bildirdiyinə görə, hadisə nəticəsində 18 nəfər zərər çəkib.

“Onlardan altısı xəstəxanaya yerləşdirilib”, - deyə materialda qeyd olunur.

Yanğının səbəbləri barədə məlumat verilmir.

Chosen
9
32
moderator.az

10Sources