Bakı. Trend:
İspaniyanın Mayorka adasında “Ryanair” loukoster aviaşirkətinəməxsus sərnişin təyyarəsinda yanğın baş verib.
Trend bu barədə“Bild” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, insident Palma-de-Mayorka şəhəraerportunun ərazisində baş verib. Təyyarənin göyərtəsində alovmeydana gəldikdən sonra içəridə olan sərnişinlər təşviş içində qəzaçıxışından təyyarəni tərk etməyə başlayıblar.
Hadisə yerinə yanğın-mühafizə və polis dəstələri səfərbərolunub. Jurnalistlərin bildirdiyinə görə, hadisə nəticəsində 18nəfər zərər çəkib.
“Onlardan altısı xəstəxanaya yerləşdirilib”, - deyə materialdaqeyd olunur.
Yanğının səbəbləri barədə məlumat verilmir.