EN

UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional və qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi və yaşlı əhalinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

A.S.Alişahbana Azərbaycanda sosial və iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirdiyini, bu istiqamətdə ölkəmizlə UNESCAP arasında davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Chosen
3
26
demokrat.az

10Sources