AZ

İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirilir - Anar Əliyev

Bakı. Trend:

Bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya,müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4milyard manat ayrılıb.

Trend xəbərverir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsindəçıxış edərkən deyib.

O bildirib ki, bununla yanaşı, əmək hüquqlarının qorunması vəlayiqli əməyin təmin edilməsi ölkədə həyata keçirilənsosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkiledir.

"Azərbaycanda 2030-cu ilə kimi Məşğulluq Strategiyasının qəbulolunması nəticəsində işsiz və işaxtaran şəxslərin sosial müdafiəsigüclənmiş, əhatə dairəsi genişlənmiş, məşğulluq xidmətlərinin yenimodelinin tətbiqi təmin edilib"- deyə o əlavə edib.

Nazirin sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində isə işğaldan azad olunmuş ərazilərdə əhalinindayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təminolunmasına yönəldilmiş məqsədyönlü tədbirlər həyata keçirilir:

"Belə ki, Dövlət Proqramının prioritetlərinə uyğun olaraq, buərazilərdə məskunlaşan əhalinin sosial müdafiəsiningücləndirilməsi, yeni iş yerlərinin yaradılması və səmərəliməşğulluğun stimullaşdırılması, sosial xidmətlərin əhatə dairəsiningenişləndirməsi və əlçatanlığının təmin edilməsi istiqamətindənəticəyönümlü fəaliyyətlər həyata keçirilir.

Əmək və məşğulluq sahəsində bütün məsələləri operativ vahidplatforma üzərindən həll etmək üçün yaradılmış yeni “Əməkmünasibətləri və məşğulluq” (ƏMAS) alt sistemi innovativ həllərəsasında əmək münasibətlərinintənzimlənməsi, qeyri-formalməşğulluğun qarşısının alınması, əmək bazarının inkişafı vəəhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün yeniimkanlar açır".

Məqalədə:
Seçilən
3
20
az.trend.az

10Mənbələr