Gürcüstanın Batumi şəhərində Lepl-Ajara Muzeylər Birliyinin təşəbbüsü ilə Azərbaycanlı rəssam Orxan Məmmədovun “YAMA-ART” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub.
Kulis.az xəbər verir ki, sərgidə rəssamın müxtəlif illərdə işlədiyi 19 əsəri nümayiş etdirilir.
Onun “Rəssamın köynəyi” adlı tablosu Ajara Muzeyinin daimi kolleksiyasına daxil edilib. Azərbaycanın Gürcüstandakı konsulu Rüstəm Zərbəliyev də açılışda iştirak edib. Sərgi İyulun 10-a kimi davam edəcək.