EN

Bərdədə sakini 5 kiloqram narkotiklə tutuldu


Bərdədə polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb. Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Chosen
10
24
baki-xeber.com

10Sources