EN

Ərdoğan: ABŞ Qəzzada atəşkəsə nail olmaqda həlledici rola malikdir

Ərdoğan:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-nin İsrailə təsiri Qəzza zolağında mümkün 60 günlük atəşkəs kontekstində həlledici əhəmiyyət daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"ABŞ lideri Donald Trampın təşəbbüsləri sayəsində 60 günlük müvəqqəti atəşkəs planı diqqət mərkəzindədir. Bu məsələdə ABŞ-nin İsrailə təsiri kritik dərəcədə vacib olacaq", - Türkiyə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, İran və İsrail arasında döyüş əməliyyatlarının dayandırılması da Qəzzada vəziyyətin sabitləşməsi üçün "imkanlar pəncərəsi" açıb.

Chosen
12
50
xalqcebhesi.az

10Sources