AZ

Girovun anası Netanyahunu atəşkəs təklifini qəbul etməyə çağırıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Qəzzada girov saxlanılan İsrail əsgəri Matanın anası Einav Zangauker baş nazir Binyamin Netanyahunu bütün girovların geri qaytarılması ilə bağlı ABŞ-ın dəstəklədiyi atəşkəs təklifini qəbul etmək vədini yerinə yetirməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, həftəlik mətbuat konfransında Zəngauker bildirib ki, razılaşma həyata keçərsə, bütün girovları geri qaytarmaq və müharibəyə son qoymaq mümkün olacaq.

"Netanyahu əvvəlki sövdələşməni pozmasaydı, girovlar artıq evlərində olardılar. Amma indi, onların həyatı hərbi təzyiqlərlə ciddi şəkildə təhdid olunduğu bir vaxtda, qəhrəman əsgərlərimiz artıq məqsədlərinə çatmış oluğu müharibədə onların həlak olmaq halları hələ də davam edir. Biz düşünürük ki, atəşkəs təcili ehtiyacdır", - deyə o bildirib.

Zəngauker atəşkəsin hən əsgərlərin, həm də əsirlikdə olanların həyatı xilas etməkdə faydalı seçim olduğunu vurğulayıb. "İsrail hökuməti təklifin bu həftə həyata keçirilməsini təmin etmək üçün əlindən gələni etməlidir. Tuneldə tək saxlanılan, əzələ distrofiyasından əziyyət çəkən Matanım daha çox gözləyə bilməz", - deyə o vurğulayıb.

Qadın birbaşa hökumət başçısına müraciət edib: "Netanyahu, iki gün əvvəl mənə söz vermişdin ki, hamını geri qaytaracaqsan. İndi hərəkətə keçməyin vaxtıdır", - deyib.

Qeyd edək ki, İstailin"Kanal 12" telekanalının məlumatına görə, Donald Tramp HƏMAS-a birbaşa zəmanətlər təklif edib: əgər qrup 60 günlük atəşkəs zamanı iki mərhələdə 10 canlı girovun azad edilməsini və 18 ölü cəsədinin üç mərhələdə verilməsini nəzərdə tutan “Vitkoff” sxemi ilə razılaşarsa, ABŞ münaqişəyə tamamilə son qoymağa çalışacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
9
icma.az

10Mənbələr