EN

Tramp vergiyə dair yeni “Bir Böyük, Gözəl Qanun”-unu imzaladı – VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 4 İyul – ABŞ-ın Müstəqillik Günü münasibətilə çıxışından dərhal sonra canlı yayımda yeni maliyyə qanununu imzalayıb. Sənəd gurultulu ad daşıyır: “One Big Beautiful Bill” – “Bir Böyük, Gözəl Qanun”.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

Bu qanun layihəsi vergi yükünün azaldılmasını və dövlət xərclərinə yeni prioritetlərin ayrılmasını nəzərdə tutur. Ən diqqətçəkən məqam isə – ABŞ-ın dövlət borcu üçün müəyyən olunan yuxarı limitin 5 trilyon dollar artırılmasıdır. Trampın tərəfdarları bu addımı iqtisadiyyatı canlandıracaq “Amerika üçün qızıl fürsət” adlandırsa da, tənqidçilər yeni borc həddinin uzunmüddətli maliyyə sabitliyi üçün risklər yaratdığını bildirirlər.

Chosen
5
34
interpress.az

10Sources