AZ

ABŞ Konqresi Trampın vahid, böyük, gözəl qanun layihəsi ni qəbul etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca Prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış və vergilərin azaldılmasını, dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini qəbul edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, qanun layihəsini 218 konqresmen dəstəkləyib, 214-ü əleyhinə səs verib.

Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, sənəd, müdafiə xərclərinin artırılmasını, xüsusən də "Qızıl qübbə" raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, o sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri ehtiva edir, həmçinin bu sahədə xərclərin artırılmasını nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
45
oxu.az

10Mənbələr