EN

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəlib

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Chosen
8
26
sia.az

10Sources