AZ

“Tərlan-2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəlib

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan-2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, HHQ-nin “N” hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların pilotsuz uçuş aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Seçilən
19
23
poliqon.az

10Mənbələr