"Beşiktaş" bu yay 3-cü transferini bitirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "qara qartal" "Napoli"nin futbolçusu Yens Kayusteni heyətinə qatacaq. Tərəflər arasında son danışıqlar gedir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kayuste icarə əsasında "Beşiktaş"a transfer olacaq. İstanbul klubu gələn yay 6.5 milyon avro ödəyərək isveçli yarımmüdafiəçini birdəfəlik transfer edə bilər.

25 yaşlı futbolçu 2023-cü ildə "Napoli"yə qoşulub. O, başa çatan mövsümü icarə əsasında "İpsviç" klubunda keçirib.