EN

“Dəmir yumruğun əks-sədası” Samuxda

Samux rayonunda “Dəmir yumruğun əks-sədası” adlı kitabın və eyni adlı filmin təqdimatı olmuşdur.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Samux Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını da ehtiramla anıblar.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbirdə 30 il işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad edilməsindən və Zəfər gününün tarixə qızıl hərflərlə yazılmasından danışıb. Qazilərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıb.

YAP Samux Rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında şəhid ailələrinə,  qazilərə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan söz açıb.

Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov  “Dəmir yumruğun əks-sədası” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Samux rayonundan olan şəhidlər haqqında məlumatlar yer alıb.

Rayonun imamı Hacı İlham Məmmədov şəhidlərin gənclərimizə tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib.

Tədbirdə iştirak edən şəhid valideynlərindən Cəlil Alıyev, Gülnaz Şəfiyeva, İlham Məmmədov,  Xaləddin İsgəndərov çıxış edərək şəhidlərin əziz xatərəsinin əbədiləşdirilməsi istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux

Chosen
7
8
xalqqazeti.az

10Sources