EN

Müşfiq Teymurov: "Rəhbərlik bizə söz verdi, amma güvənmədi"

"Mövsümü uğurla başa vurduq. "Karvan"ı 16 ildən sonra Premyer Liqaya qaytardıq. Yevlaxlı kimi bunda pay sahibi olduğum üçün sevinirəm. Onlara uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın sabiq kapitan Müşfiq Teymurov deyib.

Teymurov klubdan göndərilməsinə münasibət bildirib: "Klubdan ayrılmağıma səbəb baş məşqçi Kənan Kərimov və rəhbərliklə fikirlərimizin üst-üstə düşməməsi oldu. Futbolda belə hallar olur. Mənə söz verdilər, ancaq vədlərinin arxasında durmadılar. Elitaya çıxmaqda tək bizim yox, bütün futbolçuların əməyi var. Rəhbərlik bizə söz verdi, amma güvənmədi. Kənan müəllimə böyük hörmətimiz var. Biz ona inanmışdıq ki, yanımızda olacaq. Təəssüf ki, əksinə oldu. Kənan müəllim bizi yanında görmək istəsəydi, qalardıq".

Qeyd edək ki, Müşfiq Teymurov növbəti mövsüm karyerasını İkinci Liqaya vəsiqə qazanan "Xankəndi"də davam etdirəcək.

İdman.biz

Chosen
10
3
idman.biz

10Sources