AZ

“Karvan”da yeni baş məşqçi

“Karvan” baş məşqçisini dəyişib.

Bizim.Media xəbər verir ki, Premyer Liqaya qayıdan yevlaxlıları oyunlara Azər Həşimov hazırlayacaq.

Məlumata görə, “Qaradağ Lökbatan”ın sabiq çalışdırıcısı bölgə təmsilçisinə təyinat alıb. Əvvəlki baş məşqçi Kənan Kərimov isə klubda vitse-prezident olacaq.

Yəqin ki, komandada əsas söz sahibi yenə Kərimov olacaq. O, sadəcə müvafiq lisenziyası olmadığı üçün baş məşqçi postunda əyləşə bilməyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
19
bizim.media

10Mənbələr