"Neftçi” növbəti transferini açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, vinger İmad Farajdır.
26 yaşlı fransalı oyunçu “Lill”in yetirməsidir. O, bu klubun əsas heyətində 7 matça çıxıb. Daha sonra Faraj Portuqaliyanın “Belenenseş”, Belçikanın “Muskron” klublarında çıxış edib. 2021-ci ildən isə o, Larnaka AEK-ində oynayıb.
İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib.