BAKI. 5 iyul. TELEQRAF
“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı sağ vinger İmad Farajla anlaşma əldə olunub.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.