EN

Əlcəzairli tarixçi Berber mədəniyyətini sionist layihə adlandırdı və...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

...Əlcəzair məhkəməsi tarixçi Məhəmməd Əmin Belqiti milli simvolları təhqir etmək və etnik ədavəti qızışdırmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edib.

SİA-xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb. O, Berber dilinin və mədəniyyətinin varlığını şübhə altına alaraq, onları franko-sionist layihəsi adlandırıb.

...Və bu cür bəyanatlar Əlcəzair cəmiyyətində hiddət fırtınasına səbəb olub. Mayın 3-də Belqit “milli birliyi pozmaq”, “millətin və respublikanın rəmzlərini təhqir etmək” və “nifrət və düşmənçiliyi qızışdırmaq” ittihamları ilə həbs edilib.

...Müttəhimin vəkili Tofiq Xişurun sözlərinə görə, həbs müddəti ilə yanaşı, Belqit 700 min dinar (5400 dollar) məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, 2016-cı ildən bəri Berber dili Əlcəzairdə rəsmi dildir və Berber Yeni ili ölkədə rəsmi bayramdır. Əlcəzairdə təxminən 11 milyon Berber yaşayır və ölkə əhalisinin təxminən 20 faizini təşkil edir.

SİA-nın əlavəsi: Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır…

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
50
sia.az

10Sources