AZ

Ən çox sığorta haqqı toplayan şirkətlər bəlli oldu - TOP 5

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət dövr ərzində 390 milyon 813 min manat sığota haqqı toplayıb.

İkinci sırada 182 milyon 271 min manatla “Paşa Sığorta” yer alıb. Üçüncü sırada “Atəşgah Həyat Sığorta” şirkəti 57 milyon 377 min manat premium qazanıb. Sığorta haqlarının rekinqində “Qala Sığorta” ASC 49 milyon 912 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 30 milyon 598 min manatla beşinci sırada qərarlaşıb.

5 ayda ən az sığorta haqqı toplayan şirkət isə "İpək Yolu Sığorta" olub – 1 milyon 319 min manat

Ümumilikdə, hesabat dövrü ərzində bütün sığorta şirkətləri tərəfindən 817 milyon 48 min manat sığorta haqqı toplanıb.

Seçilən
215
2
teleqraf.com

10Mənbələr