EN

Onlar göbələk infeksiyasına səbəb olacaq: Bu çimərlik paltarlarını GEYİNMƏYİN

ain.az, News24 saytına istinadən bildirir.

2025-ci ilin iyul ayının əvvəlində "Roskaçestvo" satışda olan çimərlik geyimlərinin genişmiqyaslı yoxlanış nəticələrini açıqlayıb. 

News24.az xəbər verir ki, araşdırma zamanı 21 tanınmış brendin məhsulları test edilib və onların əksəriyyətində istifadə zamanı potensial təhlükə yarada biləcək ciddi texniki və sanitar qüsurlar aşkarlanıb.

Mütəxəssislərin xüsusi diqqət yetirdiyi markalar arasında "Befree", "Women Secret", "Termit" və “Çeremuşki” brendlərinin adı çəkilir. Bu geyimlərin materialı demək olar ki, hava buraxmır. Bu isə “istixana effekti” yaradır və dəridə qızartı, qıcıqlanma, uzunmüddətli istifadədə isə bakterial və göbələk infeksiyalarının inkişafı üçün əlverişli mühit formalaşdırır.

"Roskaçestvo" nümayəndələri qeyd edirlər ki, yay istisində və aktiv dəniz istirahəti zamanı nəfəs alma qabiliyyəti olmayan materiallardan istifadə sağlamlıq üçün ciddi risklər daşıya bilər.

Araşdırmalar göstərib ki, "Reebok" və "Edge Planet" markalarının üzgüçülük geyimləri tər və dəniz suyuna qarşı aşağı müqavimət nümayiş etdirib. Belə geyimlər qısa müddətdə solğunlaşır, bu isə yalnız estetik deyil, həm də keyfiyyət baxımından ciddi problemdir.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
22
news24.az

10Sources