Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.
Dəməşqə səfər edən nazir bildirib: "Böyük Britaniya diplomatik münasibətləri bərpa edir, çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımıza uyğundur".
Musavat.com