EN

"Bavariya"nın futbolçusunun oyunda ayağı sındı - Foto

Klublararası dünya çempionatının ¼ final mərhələsi çərçivəsində keçirilən “Bavariya” – PSJ matçında üzücü olay yaşanıb.

Axar.az xəbər verir ki, 22 yaşlı alman yarımmüdafiəçi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra ayağını sındırıb.

Donnarumma isə fasilə zamanı paltardəyişmə otağına gedərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, görüş Fransa komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
18
49
axar.az

10Sources