Klublararası dünya çempionatının 1/4 final matçında Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edən “Real” (Madrid) bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.
NOCOMMENT.az xəbər verir ki, “Report” bu barədə “One Football”a istinadən məlumat yayıb.
Məlumata görə, bu görüş “Real” üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.
“Kral klubu” 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə “Atletiko”, 2011/2012 mövsümündə isə “Barselona” hərəyə 64 matça çıxıblar.