AZ

“Çelsi” “Fluminense” oyunun biletləri 35 dəfə ucuzlaşdı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Futbol üzrə klublar dünya çempionatının yarımfinal mərhələsində İngiltərənin “Çelsi” və Braziliyanın “Fluminense” komandaları arasında keçiriləcək oyunun biletlərinin qiyməti 35 dəfədən çox ucuzlaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.

Bildirilib ki, standart biletin qiyməti hazırda 13,4 dollar (22,78 AZN) təşkil edir, halbuki 72 saat əvvəl bu məbləğ 473,9 dollar (805,63 AZN) idi.

Qeyd olunur ki, biletin qiyməti artıq stadiondakı pivə (14 dollar) və yeməkdən (15 dollar) belə ucuzdur.

“Çelsi” ilə “Fluminense” arasında qarşılaşma 8 iyulda baş tutacaq. Həmin gün keçiriləcək digər yarımfinal oyununda İspaniyanın “Real Madrid” və Fransanın “Paris Sen-Jermen” (PSJ) komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, klubların dünya çempionatı ilk dəfə yenilənmiş formatda keçirilir. Yarışda 32 komanda iştirak edir. Final oyunu 13 iyulda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
yeniavaz.com

10Mənbələr