EN

5 ildə 4 milyard dollarlıq kənd məhsulu ixrac edilib

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın kənd təsərrüfatı sektoru son illər ərzində sürətlə inkişaf edərək ixrac potensialını artırır. Dövlət dəstəyi sayəsində yerli məhsullar dünya bazarlarında daha çox tanınır. Bu, statistik göstəricilərdən də aydın nəzərə çarpır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə respublikada, ümumilikdə, 13 milyard manat (2023-cü illə müqayisədə 1,5 faiz çox) dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Hesabat ilində 936 milyon ABŞ dolları (əvvəlki illə müqayisədə 6,7 faiz çox) dəyərində isə kənd təsərrüfatı məhsulu xarici bazarlara göndərilib. İxrac strukturunda ən böyük pay sahibi (75,6 faiz) meyvə-tərəvəz məhsulları olub.

Kənd təsərrüfatı məhsullarının ixracından bəhs edərkən bir məqamı da xatırladaq. Belə ki, ölkəmiz bəzi məhsullar üzrə beynəlxalq bazarlarda liderliyini qoruyub. Məsələn, Azərbaycan xurma ixracında 2024-cü ildə dünyada yalnız İspaniyadan geri qalaraq ikinci yerdə qərarlaşıb. Meşə fındığının ixracına görə isə Azərbaycan ilk beşlikdə yer alıb. Qeyd edək ki, son 5 ildə (2020 – 2024-cü illər) ilkin kənd təsərrüfatı məhsullarının ixracı 4,3 milyard dollara bərabər olub. Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiya, Türkiyə, Almaniya, Türkmənistan və İtaliyaya ixrac edilib.

Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətinin əsas məqsədlərindən biri yeni texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsulların keyfiyyətinin artırılmasıdır. Eyni zamanda, istehsalın və ixracın genişləndirilməsi, müasir aqrar müəssisələrin yaradılması da prioritetlər sırasındadır. Hazırda “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, kənd təsərrüfatının dayanıqlı və rəqabətli inkişafı üçün istehsal və biznes sahəsində fiziki və rəqəmsal təhsil imkanları genişləndirilir. Aqrobiznesin inkişafı məqsədilə sahibkarlığın dəyər zənciri üzrə gücləndirilməsi və səmərəli fəaliyyət göstərən institutların yaradılması istiqamətində də işlər aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
4
xalqqazeti.az

10Sources