Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçərkən onu yük qatarı vurub. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.