AZ

Qazaxda minik avtomobili aşıb, ölən var

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
50
olke.az

10Mənbələr