AZ

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

 

Sfera.az xəbər verir ki, ötən ayın 28-də Beyləqanda yerləşən "Kral" şadlıq sarayında təmir işləri aparan zaman iki usta - Elşən Şahmatı oğlu Cəfərov və Rauf Ərşad oğlu Süleymanov ağır xəsarət alıblar.
 

Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.
 

Əməliyyat olunaz E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.


Hadisə zamanı xəsarət alan Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.
 

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir. (Teleqraf.com)
 

Seçilən
5
14
sfera.az

10Mənbələr