Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Vüsal Çovğun oğlu Heydərov dəmir yolundan keçərkən yük qatarının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.