Florian Noyhaus dilinin bəlasına düşüb. Münhenqladbax “Borussiya”sı yarımmüdafiəçini cəzalandırıb.
Goal.com-un məlumatına görə, Florian klubun idman direktoru Roland Virkusu “dünyanın ən pis meneceri” adlandırıb. 28 yaşlı futbolçunun Malyorkada tətil zamanı sərxoş halda “Borussiya”nın azarkeşləri ilə söhbət edərkən bu sözləri dediyi video sosial şəbəkələrdə yayılıb.
Gözlənildiyi kimi, klub rəhbərliyi hadisəyə sərt reaksiya verib. Rəsmi məlumatda Noyhausun davranışının qəbuledilməz və klubun dəyərlərinə zidd olduğu bildirilib. 100 min avro məbləğində cərimələnən futbolçu əsas komandadan kənarlaşdırılıb. O, növbəti 4 həftə ərzində U-23 komandası ilə məşq edəcək.