AZ

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

Təlim-məşq toplanışını davam etdirən “Şamaxı” daha bir futbolçunu transfer etməyə yaxındır.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi müdafiə xəttini gücləndirmək üçün yeni oyunçu ilə anlaşıb.

Söhbət braziliyalı futbolçu Sezardan gedir. Mərkəz müdafiəçisi mövqeyində oynayan Sezarın son klubu doğma ölkəsinin “Kaşias” komandası olub.

“Şamaxı” onunla 1 illik müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
4
bizim.media

10Mənbələr