AZ

London klubundan daha bir transfer

“Çelsi” daha bir transferi reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu Dortmund “Borussiya”sının futbolçusu Ceymi Gittensi heyətinə qatıb. 20 yaşlı vingerlə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, keçidin məbləği 64,3 milyon avro təşkil edib.

Ceymi “Mançester Siti”nin yetirməsidi. O, 2020-ci ilin sentyabrında Dortmund “Borussiya”sının gənclərdən ibarət komandasına qoşulub. 2022-ci ildən isə əsas komandanın heyətində çıxış edirdi. Gittens 2024/25 mövsümündə klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
27
27
football-plus.az

10Mənbələr