EN

“Turan Tovuz” və “Traktor” yoldaşlıq oyunu keçirəcək KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Turan Tovuz” futbol klubu Cənubi Azərbaycanın tanınmış təmsilçisi “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşıb. O, şəxsi “Facebook” hesabında “Traktor”un loqosunu paylaşaraq bu görüşə eyham vurub.

Məlumata görə, qarşılaşmanın iyulun 29-da Türkiyənin Bolu bölgəsində baş tutacağı ehtimal olunur. Oyunun rəsmi təsdiqi və əlavə detallarla bağlı yaxın günlərdə açıqlama gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
40
konkret.az

10Sources