EN

Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü

Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən ayın 28 də Beyləqanda yerləşən “Kral” şadlıq sarayında təmir işləri aparan zaman rayon sakini olan iki usta - Cəfərov Elşən və Süleymanov Rauf ağır xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov paytaxtda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib. 

Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib. 

Hadisə zamanı xəsarət alan digər usta Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Chosen
31
41
avtosfer.az

10Sources