EN

Mask partiyasının qeydiyyatı üçün Federal Seçki Komissiyasına müraciət edib

İlon Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) “Amerika” adlı siyasi partiyanı qeydiyyatdan keçirmək üçün ərizə verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq sənəd Komissiyanın portalında yerləşdirilib.

Ərizəyə əsasən, partiya "Amerika Partiyası" (AMEP) adlanacaq. Ərizə iyulun 6-da göndərilib. O, hazırda FEC-in ərizə və sorğular reyestrində "işlənməmiş" kimi qeyd olunub.

İyulun 5-də Musk X-də səsvermənin nəticələrinə əsasən siyasi partiya yaradacağını açıqlayıb. İş adamı partiyanı yaratmaq məqsədini “azadlığın qayıdışı” elan etdi. Səsvermədə 1,2 milyondan çox sosial şəbəkə istifadəçisi iştirak edib. 65,4 faiz yeni partiyanın yaradılmasına səs verib.
Maskın bu addımını CNN-ə şərh edən ABŞ maliyyə naziri Skott Bessent milyarderin şirkətlərinə rəhbərlik edən şəxslərin onun yeni siyasi partiya yaratması ilə bağlı açıqlamasından narazı qaldıqlarını deyib. Onun sözlərinə görə, həmin şəxslər Maskı tezliklə sahibkarlıq fəaliyyətinə qayıtmağa təşviq edəcəklər. Nazirə görə, Mask “bu işdə(biznesi idarə etməkdə -red.) başqalarından daha yaxşıdır”: “Düşünürəm ki, direktorlar şuraları dünənki açıqlamadan məmnun qalmadılar və onu diqqətini siyasətə deyil, sahibkarlıq fəaliyyətinə yönəltməyə təşviq edəcəklər”.

 

Musavat.com

Chosen
13
33
musavat.com

10Sources