AZ

İlon Maskın siyasi partiya yaratmaq planı gülüncdür - Donald Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın siyasi partiyayaratmaq planlarını tənqid edib və bu ideyanı “gülünc”adlandırıb.

Trend-inməlumatına görə, Tramp bu fikirləri jurnalistlərlə söhbəti zamanısəsləndirib.

“Mən üçüncü partiyanın yaradılmasını gülünc hesab edirəm. BizRespublikaçılar Partiyası ilə böyük uğur qazanmışıq. ABŞ-da həmişəikipartiyalı sistem olub”, – deyə o bildirib.

Tramp əlavə edib ki, üçüncü partiyanın yaradılması ölkədəqarışıqlıq yarada bilər və Respublikaçı və Demokrat partiyalarındanbaşqa heç bir siyasi qüvvənin uğurlu olma şansı yoxdur.

“O, əylənə bilər, amma bu, işləməyəcək”, – deyə Tramp qeydedib.

Xatırladaq ki, daha əvvəl İlon Mask ABŞ Federal SeçkiKomissiyasına (FEC) “Amerika” (America Party, AMEP) adlı yenisiyasi partiyanın qeydiyyatı üçün rəsmi müraciət təqdim edib.

Seçilən
2
50
az.trend.az

10Mənbələr