EN

Tonqa sahilində güclü zəlzələ qeydə alınıb

Bakı, 7 iyul, AZƏRTAC

Tonqa Krallığının Tonqatapu adasının şərq sahilində 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri ada dövlətinin paytaxtı, 24 mindən çox insanın yaşadığı Nukualofa şəhərindən 60 km aralıda olub. Zəlzələnin ocağı təxminən 34 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Chosen
6
11
azertag.az

10Sources