BAKI, TurkicWorld
Yunanıstanın Zakintos sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Yunanıstanın Afina Milli Rəsədxanasının Geodinamika İnstitutunun yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 09:20-də baş verib.
Yeraltı təkanların ocağı 10,5 kilometr dərinlikdə yerləşib və episentri Zakintos adasından 74 kilometr cənub-qərbdə olub. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, Yunanıstan geoloji baxımdan aktiv seysmik zonada yerləşir və bölgədə tez-tez zəif və orta güclü zəlzələlər baş verir.