Aralıq dənizində 5 bal gücündə zəlzələ baş verib
Musavat.com xəbər verir ki, Türkiyənin Afət və Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, iyulun 7-də saat 20:46-da Aralıq dənizində, Muğlanın Datça sahillərinə yaxın ərazidə 5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Datça rayonundan 188 kilometr məsafədə yerləşir və təxminən 7,37 kilometr dərinlikdə baş verib. Zəlzələ Muğla və ətraf bölgələrdə də hiss olunub.
Hazırda dağıntı və tələfatla bağlı rəsmi məlumat yoxdur. Axtarış-xilasetmə və monitorinq işləri davam etdirilir.
Musavat.com