EN

Amerika valyutasına inam sarsılıb

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ-ın dövlət borcunun artımı nəzarətdən çıxıb və qeyri-qanuni sanksiyalar səbəbindən Amerika valyutasına inam sarsılıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS sammitinin “açıqlama” formatında keçirilən sessiyasında çıxışı zamanı deyib.

"COVID-19 pandemiyası qlobal ticarət və maliyyə sistemindəki çoxsaylı çatışmazlıqları üzə çıxarıb və onun parçalanmasını sürətləndirib. Qeyri-qanuni birtərəfli sanksiyalar və dolların "cəza" silahı kimi istifadə edilməsi qlobal iqtisadi dünya nizamının aşınmasını daha da gücləndirib.

Bir vaxtlar etibarlı ödəniş vasitəsi kimi Amerika valyutasına inam sarsılıb", - Rusiya XİN rəhbəri qeyd edib.

Lavrovun da qeyd etdiyi kimi, digər mənfi amil “borc yükünün sürətlə artması” olub. Nazir diqqətə çatdırıb ki, 2011-ci ildən indiyədək borcu yüksək olan dövlətlərin sayı 22-dən 59-a çatıb.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
35
icma.az

10Sources