EN

Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyəti dəyişə bilər

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstanbul danışıqlarında Rusiya tərəfinin üzərinə düşən vəzifələr dəyişərsə, o zaman qrupun tərkibinin də dəyişməsi mümkündür.

Gununsesi.info xəbər verir ki, Dövlət Dumasının deputatı Leonid İvlev TASS-a açıqlamasında belə deyib.

L.İvlevin sözlərinə görə, hazırkı danışıqlar qrupu hazırda bütün vəzifələrin öhdəsindən gəlir və onun tərkibi yaxşı balanslaşdırılmışdır. Lakin gələcəkdə Rusiya prezidenti Vladimir Putin onu dəyişdirmək qərarına gələ bilər: “Bunlar müasir informasiyaya, dünya siyasətində təcrübəyə, biliyə malik, Ukraynanı bilən insanlardır. Yeni vəzifələr olacaqsa, qrupda dəyişiklik də mümkündür. Amma buna prezident qərar verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
50
icma.az

10Sources