Gəncədə ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən, şəhər sakini 2004-cü il təvəllüdlü İlham Mehdiyevi vurub.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu