Fransa Milli Assambleyasının deputatı Olivye Marleks intihar edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı fransalı prokuror Frederik Şevalye məlumat yayıb.
Məlumata görə, 54 yaşlı deputatın meyiti bu gün axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb.
Onun hansı şəraitdə intihar etməsi barədə məlumat verilməyib.
Faktla bağlı təhqiqata başlanılıb.