Britaniyanın BAE Systems şirkəti sifarişlərin olmaması səbəbindən "Eurofighter Typhoon" döyüş təyyarələrinin istehsalını müvəqqəti dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
"Warton" fabriki 2017-ci ildə imzalanmış 5 milyard funt-sterlinqlik müqavilə çərçivəsində son təyyarəni Qətərə təhvil verməyə hazırlaşır.
"Konveyerdə heç bir işçi yoxdur, yekun montaj üçün yalnız bir qırıcı qalıb", - nəşr mənbədən sitat gətirib.