EN

Tramp BRİKS-i dəstəkləyən ölkələrə xəbərdarlıq etdi: 10 faizlik əlavə rüsum...

BRİKS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən ölkələrə Vaşinqton əlavə 10 faiz rüsum tətbiq edəcək.
 
Moderator.az xəbər verir ki, bu xəbərdarlığı prezident Donald Tramp Truth Social hesabında paylaşıb.
 
"BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə 10 faiz əlavə rüsumlara məruz qalacaq. Heç bir istisna olmayacaq", - Ağ Evin rəhbəri yazıb.
 
Başqa bir paylaşımında o, iyulun 7-də Amerika administrasiyasının digər ölkələri ikitərəfli ticarətin gələcək şərtləri, Amerika bazarına tədarük etdikləri mallara tarif dərəcələri və ya sövdələşmələrin bağlanması barədə xəbərdar etməyə başlayacağını bildirib.
 
Chosen
15
14
moderator.az

10Sources