EN

“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşdi

Serbiyalı mütəxəssis Saşa İliçin “Sumqayıt”ın yeni baş məşqçisi olacağı Serbiya mətbuatı tərəfindən təsdiqlənib.

Msport.az xəbər verir ki, yerli KİV 47 yaşlı çalışdırıcının Premyer Liqa komandası ilə müqavilənin bütün şərtlərini razılaşdırdığını yazıb.

Bildirilib ki, bir neçə əcnəbi məşqçi ilə danışıq aparan “Sumqayıt” sonda İliçlə ortaq məxrəcə gəlib. Serbiyalı son olaraq ötən il Rusiya komandası “Pari Nijni”ni çalışdırıb.

Qeyd edək ki, ötən mövsümün sonlarında Vaqif Cavadovla yollarını ayıran “Sumqayıt” hazırda baş məşqçisizdir.

Chosen
17
33
msport.az

10Sources