EN

İnsanlar yayda saçlarını səhv yuyurlar – Gizli təhlükə


Dünyada insanların əksəriyyəti saçlarını həftədə bir və ya bir neçə dəfə yuyur – fəsildən asılı olmayaraq. Lakin mütəxəssislər bildirirlər ki, bu rejim yay ayları üçün heç də uyğun deyil.
Yeniavaz.com
xəbər verir ki, “AXA Health Insurance” şirkətinin baş həkim müavini, həkim Pallavi Bredşou deyir ki, yayda – güclü isti havalarda saçları hər gün yumaq lazımdır.
“Bir çox insan üçün bu artıq görünə bilər, lakin bu sağlamlığımız üçün son dərəcə vacibdir”, - “Daily Mail” Bredşoudan sitat gətirib.
O bildirib ki, səbəb yayda havadakı tozcuqların (polen) miqdarının kəskin artmasıdır ki, bu da güclü allergik reaksiyalara səbəb ola bilər:
“Tozcuqlar təkcə geyimimizə yox, həm də bədənimizə və saçlarımıza yapışa bilər. Buna görə də polenlərə qarşı həssas olan insanlar hər küçədən qayıtdıqda duş qəbul etməli, saçlarını diqqətlə yuyub geyimlərini dəyişməlidirlər”.
Bredşounun sözlərinə görə, duş qəbul etmək irəlidə yaranacaq qıcıqlanma riskini azalda və simptomların şiddətini minimuma endirə bilər:
Chosen
20
50
yeniavaz.com

10Sources