EN

Meksika millisi KONKAKAF Qızıl Kubokunun qalibi olub

Bakı, 7 iyul, AZƏRTAC

Şimali Amerika ölkələrinin milli komandaları arasında keçirilən KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, finalda Meksika və ABŞ milliləri üz-üzə gəlib.

Hyuston şəhərində reallaşan görüş meksikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Meksika seçməsi ardıcıl ikinci dəfə bu titula sahib çıxıb.

Chosen
12
6
azertag.az

10Sources