AZ

KONKAKAF Kubokunun qalibi məlum oldu


İyulun 6-dan 7-nə keçən gecə ABŞ-də KONKAKAF Qızıl Kubokunun final oyunu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, oyunda ABŞ millisi Meksika millisi ilə qarşılaşıb.
Oyun NRG Stadionunda (Texas ştatı, Hyuston şəhəri) keçirilib.
Qarşılaşma Meksika millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub.
ABŞ millsinin yeganə qolunun müəllifi 4-cü dəqiqədə müdafiəçi Kris Riçards olub.
Bu, Meksika millisinin tarixində 13-cü kubok olub.
Seçilən
11
9
yeniavaz.com

10Mənbələr